65bd35bfd440565bd35bfd4406170689887965bd35bfd440265bd35bfd4404

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə ümumşəhər tədbiri keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcr Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Musa Quliyev və Naqif Həmzəyev, GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rekoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Əvvəlcə rəsmilər şəhərin aktiv gəncləri ilə birgə Ulu Öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban mərkəzi”ndə “Qalib xalqın qalib gəncləri” mövzusunda sərgiyə baxış keçirilib. Sərgidə Gəncə şəhərində yaşayan istedadlı gənclərin əl işləri, rəsm əsərləri və fotoşəkillər nümayiş olunub.

Sərgidən sonra 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. Bu gün gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Rəsmi hissədən sonra istedadlı gənclərin təqdimatında konsert proqramı nümayiş olunub.

Sonda ötən il ərzində Gəncə şəhərinin və ətraf rayonların ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclər “Fəxri fərman”, “Diplom” və “Təşəkkürnamə”lərlə təltif ediliblər. Qeyd edək ki, fərqlənən gənclər sırasında Gəncə Şəhər İra Hakimiyyəti başçısı Aparatının əməkdaşları da var.

65bd35c09cdfa65bd35c09cdfb170689887965bd35c09cdf765bd35c09cdf9 65bd35c08c0e365bd35c08c0e4170689887965bd35c08c0df65bd35c08c0e1 65bd35c07b2d365bd35c07b2d4170689887965bd35c07b2d065bd35c07b2d2 65bd35c069b6465bd35c069b65170689887965bd35c069b6165bd35c069b63 65bd35c0594f565bd35c0594f6170689887965bd35c0594f265bd35c0594f4 65bd35c047d3b65bd35c047d3c170689887965bd35c047d3965bd35c047d3a 65bd35c0368c065bd35c0368c1170689887965bd35c0368be65bd35c0368bf 65bd35c0255fe65bd35c0255ff170689887965bd35c0255fc65bd35c0255fd 65bd35c015a7965bd35c015a7a170689887965bd35c015a7665bd35c015a77 65bd35c003fc965bd35c003fca170689887965bd35c003fbc65bd35c003fbd 65bd35bfe5e4c65bd35bfe5e4d170689887965bd35bfe5e4965bd35bfe5e4a 65bd35bfc316265bd35bfc3163170689887965bd35bfc315f65bd35bfc3160 65bd35bfb136865bd35bfb1369170689887965bd35bfb136565bd35bfb1366 65bd35bf9eb1765bd35bf9eb18170689887965bd35bf9eb1565bd35bf9eb16 65bd35bf8c8ff65bd35bf8c900170689887965bd35bf8c8fc65bd35bf8c8fd 65bd35bf7a0e965bd35bf7a0ea170689887965bd35bf7a0e665bd35bf7a0e8 65bd35bf68b8f65bd35bf68b90170689887965bd35bf68b8d65bd35bf68b8e 65bd35bf55fc765bd35bf55fc8170689887965bd35bf55fc465bd35bf55fc6 65bd35bf3d41865bd35bf3d419170689887965bd35bf3d41665bd35bf3d417

Paylaş: