MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyada gözlənilən vacib beynəlxalq yarışda iştirak etməyəcək.
Globalinfo.az bildirir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Buna səbəb fevralın 1-də Vüqar Kərəmovun barəsində xuliqanlıq ittihamı ilə 1 ay 26 günlük həbs qətimkan tədbirinin seçilməsidir.
Qeyd edək ki, fevralın 24-də Yaponiyanın Saqa şəhərində keçiriləcək “Rizin Landmark 8” turnirinin iştirakçıları arasında Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançısı Vüqar Kərəmov da döyüşəcəkdi.