Yanvarın 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi mənzil-qərargahında prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının üzvləri, partiyanın səlahiyyətli nümayəndələri – BAXCP-nin baş katibi Yaşar Kələntərli, BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Elçin Mirzəbəyli, BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin vəkili və müavini Əli Həziquliyev, BAXCP sədrinin təşkilat məsələləri üzrə müavini Niyaməddin Orduxanlı MDB Müşahidə Missiyasının fəaliyyətinin təmin edilməsi şöbəsinin müdiri (missiyanın qərargah rəisi) Yevgeni Kozyakla görüşüblər.

Globalinfo.az xəbər verir ki, Yevgeni Kozyak missiyanın fəaliyyəti haqqında prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki qərargahının üzvlərinə məlumat verib, görüləcək işlər haqqında danışıb. BAXCP funksionerləri isə öz növbələrində seçki qanunvericiliyi, partiyanın müşahidəçiləri və seçki kompaniyasının gedişatı barədə MDB Müşahidə Missiyasının təmsilçisinin suallarını cavablandırıblar.

65b92cebc824265b92cebc8243170663447565b92cebc823c65b92cebc823f 65b92cebc255c65b92cebc255d170663447565b92cebc255a65b92cebc255b 65b92cebb9b6865b92cebb9b69170663447565b92cebb9b6665b92cebb9b67

Paylaş: