Burkina Faso, Mali və Niger dərhal qüvvəyə minən Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyindən çıxmaq qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumatda bildirilir ki, Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.
Bəyanata görə, ECOWAS-ın fəaliyyəti terrorla mübarizədə kömək etməyib, ancaq sanksiyaları Sahel ölkələrində humanitar vəziyyətin pisləşməsinə səbəb olub.