Yerusəlim şəhərində baş vermiş partlayışlar nəticəsində 1 nəfər ölüb, xəsarət alanların sayı 20-yə yüksəlib.
Globalinfo.az bildirir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Yerusəlimdə mərkəzi avtobus stansiyası yaxınlığında 2 partlayış baş verib və buna səbəb kimi çantalarda gizlədilmiş partlayıcı qurğular göstərilib.
***11:18
Yerusəlimdə baş vermiş partlayışlar nəticəsində xəsarət alanların sayı 18-ə yüksəlib, iki nəfərin vəziyyəti ağırdır.
Globalinfo.az bildirir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
X X X
İsrailin Yerusəlim şəhərində partlayış baş verib, xəsarət alanlar var.
Globalinfo.az bildirir ki, bu barədə İsrailin “Qaley Çaxal” radiosu məlumat yayıb.
İlkin məlumatda deyilib ki, bu gün səhər Yerusəlimin mərkəzi avtobus stansiyasının yaxınlığında baş verən partlayışda 7 nəfər xəsarət alıb.
Bildirilib ki, mərkəzi avtobus stansiyasının yaxınlığında baş vermiş partlayışdan sonra həmin əraziyə yaxın sərnişin avtobusunda daha bir partlayış baş verib.
Partlayışların baş vermə səbəbi kimi çantalarda yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi göstərilib.
Hadisə yerindən indiyə olan məlumata əsasən, xəsarət alanların sayı 10-a yüksəlib.