ABŞ ordusunun Yəməndə husilərə qarşı əməliyyatları davam edir. Paralel olaraq husilər də ABŞ hərbi gəmilərinə zərbələr endirir. Bir qədər əvvəl Prezident Co Bayden bildirib ki, əməliyyatlar davam edəcək, çünki husiləri dayandırmaq mümkün olmayıb.
Maraqlıdır, mövcud durum irimiqyaslı savaşa səbəb ola bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Tehranla Vaşinqton arasında gərginlik artmaqdadır:
Samir Hümbətov
“Ərbil beynəlxalq hava limanı və Harir aviabazasına edilən hücumlar göstərir ki, İran və ABŞ arasında dolayı yolla gərginlik mövcuddur. Lakin bunun irimiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm.
ABŞ və İran daha çox ikinci, üçüncü ölkələr üzərindən oynayırlar. Bir-birilərinin ərazilərinə, hərbi bazalarına birbaşa zərbə endirib, sıradan çıxarması gözlənilmir. Yəni bu savaşın ABŞ-İran müharibəsi halına keçməsi ehtimal edilmir”.
Safura Bənnayeva
Globalinfo.az