Yanvarın 16-da Qəzza zolağının şimalında quru əməliyyatı zamanı 2 İsrail əsgəri həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 27-dən Qəzza zolağında quru əməliyyatı başlayandan bu günə kimi həlak olan İsrail hərbçilərinin sayı 191-ə çatıb.
Zaira Akifqızı
Globalinfo.az