wide 16 9 06809bfac527c9d3c72cc27f4802a6cf

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıy NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer ilə döyüş bölgəsindəki vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, Zalujnıy bu barədə Telegram kanalında məlumat verib.

Zalujnıy belə intensiv və miqyaslı müharibədə texnologiyanın mühüm rol oynadığını diqqətə çatdırıb:

“Biz qələbəyə nail olmaq üçün Ukrayna və NATO-nun texnoloji səylərinin birləşdirilməsinin perspektivlərini və imkanlarını müzakirə etdik”, – deyə Valeri Zalujnıy vurğulayıb.

Tərəflər həmçinin Ukrayna və alyansın taktiki strategiyası barədə də fikir mübadiləsi aparıblar. Ukrayna-NATO görüşü öncəsi bir sıra məsələlərə diqqət yetirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, bundan öncə Zalujnıy NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoliyə cəbhədəki ağır vəziyyətlə bağlı məruzə etmişdi.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: