İsrail və HƏMAS arasında humanitar yardımla bağlı saziş imzalanıb.
Globalinfo.az xəbər verir ki, Qətər İsrail və HƏMAS arasında Qəzzadakı əsirlərə dərman verilməsi müqabilində bölgədəki mülki şəxslərə humanitar yardımların çatdırılmasını ehtiva edən razılaşma əldə olunduğunu açıqlayıb.
Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qəzza zolağındakı mülki şəxslərə, xüsusən də ən çox zərər çəkən bölgələrə yardımların çatdırılmasına icazə verilib. Bunun həyata keçirilməsi üçün Həmas və İsrail arasında razılıq əldə olunub. Məlumata görə, razılaşma Qətər və Fransanın vasitəçiliyi ilə baş tutub.
İsrail ordusunun məlumatına görə, Qəzza zolağında hələ də 136 israilli əsir var.
Əliyar Xəlil,