1,9 milyon vətəndaş bu paketdən yararlanır – Anar Əliyev

1,9 milyon vətəndaş bu paketdən yararlanır - Anar Əliyev

“Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib”.

Globalinfo.az xəbər verir ki,bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini müavinət ödənişləri və sosial ayrdımların artırıldığını qeyd edib:

“Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib.

Ötən il müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb.

Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub”.

Ayşən Mustafa
Globalinfo.az