Aktyor, rejissor Hikmət Rəhimovun yeni filmi “Apatiya”nın təqdimatı 9 fevral 19:30-da “Flame Towers”də baş tutacaq.
Globalinfo.az xəbər verir ki, film sevgisiz böyüyən uşaq, onun valideynləri fonunda cəhalət, psxioloji-fiziki diktə, ailədaxili problemlər və müəmmalı qətl hadisəsi ətrafında cərəyan edir.
Biletləri “Park Cinema”nın rəsmi saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, bu, Hikmət Rəhimovun ikinci tammetrajlı filmidir.