Qarlı hava ilə bağlı valideynlərə müraciət edildi – Diqqət

Qarlı hava ilə bağlı valideynlərə müraciət edildi - Diqqət

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən Globalinfo.az-a  verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:

– övladlarınızı yollarda nəzarətsiz qoymayın;

– uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;

– uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.