ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson CBS telekanalına müsahibəsində Ukraynaya yardımın cəmi 60 milyard dollar təşkil etdiyi halda ABŞ-ın 34 trilyon dollarlıq federal borcunu xatırladıb və bildirib ki, Kiyevə dəstək üçün tələb olunan məbləğ kifayət qədər çoxdur.
Görünür, ABŞ Ukraynaya yardımı dayandırmaq niyyətindədir.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, Ukraynaya yardım məsələsi Demokratlar və Respublikaçılar arasında manipulyasiya mövzusuna çevrilib:
Tural İsmayılov
“2024-cü il seçkilərindən əvvəl hər iki siyasi qüvvənin rəsmi Kiyevə yardım məsələsini manipulyasiya etməsi gözlənilən idi. Burada heç bir yenilik yoxdur. ABŞ Ukraynanı yarı yolda qoyub. Bu günə qədər Kiyevə verilən vədlərin böyük hissəsi yerinə yetirilməyib. Birləşmiş Ştatlar və Kollektiv Qərb Ukraynaya verilən yardımın miqdarını və fonunu azaltmaqla məşğuldur. Ona görə də bu fikirlərin səsləndirilməsi gözlənilən idi.
Respublikaçılar isə Ukraynaya 60 milyard dollar məbləğin verilməsinə razı olmurlar. Amma yardımın tamamilə kəsiləcəyi gözlənilmir. Bu Kiyevi birbaşa ölümə, fəlakətə sürükləmək olardı. ABŞ daxilində Ukrayna lobbiləri var, onlar bu məsələdə aktiv rol oynayırlar”.
Safura Bənnayeva
Globalinfo.az