659d94050620e659d94050620f1704825861659d94050620a659d94050620c

Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş: