ABŞ və müttəfiqləri Zelenskinin “sülh formulu”nu müzakirə etmək üçün gizli görüş keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, gizli görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Nəşr yazır ki, Rusiya bu görüşə dəvət olunmayıb, Çin isə iştirakdan imtina edib.
Mövzu Ukraynadakı münaqişənin həlli olsa da, tərəflər heç bir ortaq məxrəc tapa bilməyiblər. Müttəfiqlərin Kiyevin irəli sürdüyü şərtləri dəstəkləmək cəhdləri baş tutmayıb. Hərçənd görüş iştirakçıları Zelenskinin “sülh formulu”nun həyata keçirilməsini, Moskva ilə qarşılıqlı fəaliyyət prinsiplərini müzakirə ediblər.
Rusiya isə öz növbəsində dəvət olunmadığı görüşü tənqid edib. Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədən yüksək rütbəli rəsmilər Ər-Riyada gəlsələr də, digər böyük ölkələr, xüsusən də Çin, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri öz nümayəndələrini ora göndərməyiblər.
Hərçənd bir çox qlobal oyunçular Çini bu məsələdə Rusiyaya təsir edə biləcək əsas qüvvə kimi görürlər.
Əliyar Xəlil
Globalinfo.az