Bu gün Ermənistan ordusunun daha bir zabiti öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda bildirilib, ki, Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı postlarından birində hərbçinin meyiti tapılıb. Meyiti tapılan şəxsin həmin hərbi hissədə xidmət edən leytenant Mikael Danielyan olduğu müəyyən edilib. Ölən zabitin meyiti səhər saat 11 radələrində tapılsa da, yollar keçilməz olduğundan saatlarla ərazidə qalıb.
Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib. Bildirib ki, M.Danielyanın ölümü ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında Basarkeçərdəki mövqelərdə daha bir zabitin – Karen Araikoviç Karapetyanın güllələnərək öldürüldüyü haqda məlumat yayılmışdı. Daha sonra Ermənistan MN faktı təsdiqləmişdi.
Əliyar Xəlil
Globalinfo.az














