hava baki 1

Bakı şəhərinin Baş planı təqdim olunub. Sözügedən plan Arxitektura Komitəsinin saytına yerləşdirilib. Orada Bakı şəhərində 2040-cı ilədək görüləcək işlər öz əksini tapıb.

Böyük zaman tələb edən planın tam əhatəli olub-olmaması isə sual doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, Baş planın təsdiq olunması şəhər üçün mühüm hadisədir:

“2040-cı ilə qədər nəzərdə tutulmuş həmin plan fərqli mərhələləri əhatə edir. Sənəddə maraqlı nüanslar qeyd edilib: nəqliyyat sahəsi üzrə tramvay xətlərinin çəkilməsi, mövcud metro və şəhərətrafı elektrik qatarının şəbəkəsinin genişləndirilməsi, yaşıl dəhlizlərin formalaşdırılması, avtobus zolaqlar şəbəkəsinin yaradılması həmçinin əlavə yolların tikntisi və s. kompleks halda icrası şəhər mobilliyinə birbaşa təsir edəcək. İnsanların daha rahat səfər etmələrinə səbəb olacaq.

Rauf Ağamirzəyev: "Nəqliyyat dəhlizləri boyunca biznes subyektlərinin inkişafı yeni multi effekt yaradacaq" - Mediapost.az - Azərbaycan Xəbərləri

Rauf Ağamirzəyev

Maraqlı məqam budur ki, sadalanan proseslər hansı maliyyə və sürətlə icra olunacaq? Həmin planın neçə faizi baş tutacaq? Çünki bu daha böyük investisiya tutumlu layihədir. Baş planın hazırda tam formada icra olunacağı real görünmür “.

İqtisadçı ekspert Toğrul Maşallı isə vurğulayıb ki, bu strateji baxışı əks etdirən plandır:

Toğrul Maşallı - Benefisiar

Toğrul Maşallı

“Şəhərin inkişafı istiqamətlərini göstərir. Baş Planda əksini tapan hər sahəyə ayrı-ayrı qurumlar nəzarət edir. Bunların sırasında isə özəl sektor üstünlük təşkil edir. Sözügedən planın əhatəli olduğunu söyləmək olmaz. İqtisadi inkişaf və şəhər əhalisinin sayı ilə bağlı məlumatlar reallığı əks etdirmir. Boşluqların olduğu özünü göstərir. Ümumiyyətlə baş plan son 20 il ərzində hazırlanıb. İctimaiyyətə təqdim olunduğu andan etibarən isə iqtisadi sahədə və ümumiyyətlə digər istiqamətlərdə də vəziyyət bir qədər dəyişib. Planın tam şəkildə tətbiq olunub-olunmayacağı isə məlum deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: