IMG 20240108 WA0159 1

Əməkdar artist Aygün Bəylərin ata evində gənc jurnalistlə ağsaqqal tarzən arasında yaşananlar ciddi müzakirə edilir.

İTV-nin müxbiri Ləman Abbaslının tarzən Elxan Müzəffərlini tanımaması, tarzənin isə ona kobud cavab verməsi iki istiqamətdə tənqid edilir. Bir kəsim qəbahətin jurnalistdə, digər kəsim isə tarzəndə olduğu fikrini müdafiə edir.

328070575 5884592554992645 2791470911375340674 n
Yadigar Məmmədli

Mövzunu Globalinfo.az-a şərh edən media eksperti Yadigar Məmmədli bildirib ki, tanınmış şəxslərlə bağlı cəmiyyətin məlumat almaq hüququ var, lakin media orqanları bəzi məsələlərə diqqətli yanaşmalıdırlar:

“İctimai nüfuzlu şəxslər haqqında cəmiyyətin informasiya almaq hüququ var, çünki onlar sıradan insanlar deyillər. Aygün Bəylərin çox sayda pərəstişkarı, sevənləri vardı. Təbii olaraq ölümü ilə bağlı məlumat almaq istəyirlər.

İctimaiyyət arasında nüfuzu olan şəxslərin dəfnində, yas mərasimlərində jurnalistlər iştirak etməlidirlər. Cəmiyyətin belə vəziyyətdə informasiya almaq hüququ var və ciddi mətbuat da bunu yerinə yetirməlidir. Sosial şəbəkələr, adını jurnalist qoyub mediaya sızan şəxslər deyil. Belə vəziyyətlərdə peşəkar davranmaq lazımdır”.

Ekspert yaşanan situasiyada hər iki tərəfin də qəbahətli olduğunu deyib:

“Aygün Bəylərin ata evində yaranan situasiyada jurnalistin sualı müzakirə edilir. O jurnalist gəncdir. Bu səbəbdən təcrübəsizlik edə bilər. Lakin tarzənin özü də adekvat cavab vermədi. Gərək qarşı tərəf onu anlayışla qarşılayardı. Belə aqressiv rəftara gərək yox idi. Çox təəssüf ki, müsahib jurnalistin sualını daha da şişirtdi. Bu edilməməli idi, o, hələ gəncdir”.

Y.Məmmədli deyib ki, belə yerlərə hazırlıqlı kadrlar göndərilməlidir:

“Hadisə ilə bağlı məlumatlı olan, təcrübəli, situasiyaya hazırlıqlı jurnalistlərə belə məqamlarda üstünlük verilməlidir”.

anar yusifoglu

Anar Yusifoğlu

İTV-nin departament direktoru Anar Yusifoğlu isə özünün Feysbuk hesabında məsələyə dair bu fikirləri qeyd edib:

“İctimai TV-nin əməkdaşı işini görüb. Amma bəzilərinə elə gəlir ki, jurnalistikada onlardan ötəsi yoxdur, dünya onların ətrafında fırlanır. Yetənə yetir, yetməyənə daş atırlar. Heç kimi bəyənmir, hamıya lağ edir, hər şeyə ağız büzürlər. Hərdən bir addım önə keçib ağıl verməyə cəhd edirlər. Həyatları da ancaq cəhd etməklə keçib. Hələ ki cəhd edirlər. Uğursuzluğun günahı isə bizdə deyil. Vallah, bizdə deyil. Ay uşaqlar, gedin, o yanda oynayın!”

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: