FotoJet 2022 11 20T180820.380

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.

Globalinfo.az Trend-ə istinadən bildirir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkət edən KamAZ markalı yük maşını “Mercedes” markalı minik maşınına, “Mercedes” isə “BMW” markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.

trend agdam 201122 1 trend agdam 201122 3 trend agdam 201122 4

Paylaş: