qar yag

Yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

***

Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir

Paylaş: