“Rusiya Ukrayna ilə müharibəni “mümkün qədər tez” bitirmək istəyir, ancaq öz şərtləri ilə”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, yanvarın 1-də Vişnevski adına Mərkəzi Hərbi Klinik Hospitala səfəri zamanı bildirib.
“Dünən Rusiyanın strateji məğlubiyyətə uğramasının zəruri olduğunu deyənlər indi münaqişəni necə tez bitirmək barədə ifadələr axtarırlar. Biz də münaqişəni mümkün qədər tez, yalnız öz şərtlərimizlə bitirmək istəyirik”, – Putin qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az