maa

2024-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımların olacağı ilə bağlı məlumatlar verilir.
Bu prosesə pensiya, maaş və sosial yardımların daxil edilməsi, həmin istiqamətlərdə artımın olub-olmayacağı isə sual doğurur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanda 2024-cü il üçün ümumdaxili məhsul 3 faizin ətrafında olacaq:

“2023-cü ildə bu göstərici 1 faizdən aşağı idi. Qeyri-neft sektorunda artımın 5 faizin üzərində olacağı, inflyasiyanın aşağı düşəcəyi gözlənilir. Keçən il inflyasiya 10 faizdən aşağı idi. Amma bu il 5-6 faiz ətrafında proqnozlaşdırılır. Bununla yanaşı qiymət artımı da istisna deyil”.

Ekspertin sözlərinə görə, yanvar ayının 1-dən etibarən muzdlu çalışan şəxslərin orta aylıq əməkhaqqısı artım faizinə uyğun artırılacaq:

xalid

Xalid Kərimli

“Bu, təqribən 11.2 faiz təşkil edirdisə, yanvar ayının ortalarından həmin göstərici də dəyişəcək.
İnflyasiyaya uyğun olaraq sosial yardımlar, yaşayış minimumu artırılıb. 270 manat təşkil edir. Bu o deməkdir ki, ünvanlı sosial yardımlar da ötən ilə görə təqribən 9.4 faiz artacaq. 2023-cü ildə 246 manat təşkil edirdi. Yaşayış minimumu işləyən şəxslərin əməkhaqqısına verilən verginin hesablanması zamanı istifadə olunur. Məsələn, 246 manat yerinə 270 manat vergiyə cəlb ediləcək. Bu da maaşdan bir qədər az verginin hesablanmasıdır.
Hərbçilərin maaşının artması ilə bağlı fərman, minimum əməkhaqqının artması ilə əlaqədar məlumat var. Noyabrda imzalanan fərmana əsasən hərbçilərin maaşı yanvarın 1-dən etibarən təqribən 20 faiz artacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: