Ermənistanda bir müddətdir ciddi narazılıq və etirazlara səbəb olan 7-ci sinif “Erməni tarixi” dərsliyində düzəliş ediləcək.
Globalinfo.az xəbər verir ki, Ermənistanın dərsliklə bağlı işçi qrupunun rəhbəri, “İştirakçı məktəb” təhsil fondunun direktoru Vahram Soqomonyan ümumilikdə 46 düzəlişin olunacağını deyib.
“Həmçinin dərslikdə “Van krallığı”nın (?) xəritəsi də dəyişdiriləcək. O xəritə vaxt azlığı və fərqli şəraitə görə səhvən kitaba salınıb”, – Soqomonyan bildirib.
Qeyd edək ki, dərslikdə erməni tarixinin təhrif edildiyi iddia olunur. Burada yer alan xəritələrlə bağlı dəyişiklikdə Ermənistanın qonşu ölkələrə ərazi iddiasının saxlanılması məsələsi hələ ki müəmmalıdır.
Xatırladaq ki, Ermənistan dərsliklərində şagirdlərə Türkiyə və Azərbaycan torpaqlarının işğalı aşılanıb.
Ayşən Mustafa
Globalinfo.az














