ceyhun bayramov 12

“İranda səfirliyimizi bağlanmasının konkret səbəbi var: bu səfirliyə terror hücumu ilə, insanların həyatına dair təhlükənin olması ilə bağlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, bu cinayəti törədən şəxs ən sərt formada cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyi tam təmin edilməlidir, buna zəmanət verilməlidir. Bizə məhkəmə prosesinin başlaması ilə bağlı tarixlər verilib və təbii ki, bu nəticədən asılı olaraq növbəti qərarları verəcəyik və məsələlər müsbət həllini taparsa, ancaq bundan sonra səfirliyin bərpası mümkün olacaq”, – nazir qeyd edib.

X X X

Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.

Nazirin sözlərinə görə, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.

Paylaş: