Putin Pasinyan 1349

“Ermənistan Baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında iştirak etməsi məcburiyyətdən irəli gəlir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqa səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinin “Ermənistan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayacaq” deməsi Ermənistan hökumətinin açıq formada təhdid edilməsi idi:

eli zulfuqaroglu

Əli Zülfüqaroğlu

“Yəni Putin dolayısı ilə Ermənistan hökumətinə mesaj verir ki, Moskva İrəvanın qərbyönlü siyasətinə yalnız bir həddə qədər dözəcək. Ona görə də Paşinyan və Qərbdəki dəstəkçiləri çox yaxşı anlayırlar ki, hazırda bütün istiqamətlərdə Rusiyadan asılı olan Ermənistanın birtərəfli mövqe tutacağı halda Moskva bu ölkə üçün ciddi təhdidlər yaradacaq və daha sərt addımlar atacaq. Bundan sonra Qərbin Ermənistanda varlığı da sual altına düşəcək. Ona görə də Paşinyan KTMT-nin iclasına qatılmağa məcbur qaldı. Bu, Ermənistan hökumətinin siyasi orientasiyasının dəyişməsi və ya öz istəyi ilə manevr etməsi anlamına gəlmir. Paşinyanın bundan sonra Rusiya ilə yaxınlaşacağını, yaxud Qərbdən üz döndərəcəyini düşünmək sadəlövhlükdür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: