a83875ea 26f3 43df 8fa0 539909bb8bb7

Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyası Azərbaycanla sərhəddə yerləşən Zod kəndinə səfər edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Missiyanın sərhəddə patrul tədbirləri həyata keçirdiyi bildirilib.

Qeyd olunub ki, bu patrulların məqsədi yerlərdə vəziyyəti izləmək, hesabat vermək və münaqişədən zərər görmüş ərazilərdə insanların təhlükəsizliyini təmin etməkdir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: