425165296 587 0 3318 2048 1920x0 80 0 0 63b6194dd9876cd22448db8b9864fd3c

ana

İran Hərbi Dəniz Qüvvələri öz arsenalını “Talaye” və “Nasir” qanadlı raketləri, həmçinin yeni helikopter sistemləri ilə genişləndirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani bildirib.

O qeyd edib ki, çoxmənzilli “Talaie” raket sistemi bütün uçuş boyu yeni hədəfləri müəyyən etməyə qadirdir. “Nasir” dəniz qanadlı raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vurmaq gücündədir.

Bundan əvvəl İranın hipersəs ballistik raketlərinin yeni nəslini hazırlayacağı məlum olub.

Sentyabrın 3-də Şəhram İrani bəyan edib ki, tezliklə Hərbi Dəniz Qüvvələrinə qoşulacaq “Dəmavənd 2” esminesi hipersəs raketləri ilə təchiz olunacaq.

Paylaş: