“Bu, elə də asan məsələ deyil” – Seçkinin əsas məqamı

“Bu, elə də asan məsələ deyil” - Seçkinin əsas məqamı

Qeyd etdiyiniz kimi, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Fəaliyyətdə olan dövlət başçısının qarşıdan gələn seçkilərdə namizəd olacağı artıq rəsmiləşdirilib.

YAP İdarə Heyətinin 14 dekabrda keçirilən genişləndirilmiş iclasında bununla bağlı qərar qəbul edilib.

Digər mümkün namizədlərə, xüsusilə də müxalifət düşərgəsindən olan potensial namizədlərə gəldikdə isə onların da sırasında seçkiyə qatılanların olduğunu görürük. Hətta real nəticələri qabaqcadan başa düşüb seçkidən yayınanları da görməmək olmur.

Bu da başa düşüləndir. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən namizədə alternativ olmaq elə də asan məsələ deyil. Bu gün xalqa deyə biləcək ən çox sözü olan namizəd məhz hazırkı dövlət başçısıdır.

Sonuncu 24 saat çəkən anti-terror əməliyyatı Azərbaycanı bütövləşdirdi, dünyada və regionda söz sahibinə çevirdi. Bu siyasətin müəyyənləşməsində, güclü dövlətlərin hər biri ilə öz dilində danışıq aparan və bu danışıqlarda xalqını qalib xalqa çevirən bir şəxs prezidentliyə namizəddirsə, kimsə ona alternativ olarmı?

“Bu, elə də asan məsələ deyil” - Seçkinin əsas məqamı

Odur ki, “marafon”dan yayınmaq istəyənləri anlamaq olar. Bu gün isə Azərbaycan ərazisini bərpa edən, bütöv Azərbaycanın Ali Baş Komandanının doğum günüdür. Allahdan İlham Əliyevə can sağlığı arzu edirik!

Əlabbas Məhərrəmli