45d15e8f cb82 37fc a8fd 6fdd1c747757 850

ABŞ prezidenti Cozef Bayden 886,3 milyard dollar məbləğində olan ölkənin 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini (oktyabrın 1-də başlayıb) imzalayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də, Senat isə dekabrın 13-də təsdiqləyib.

Büdcə layihəsində müdafiə ehtiyacları üçün rekord məbləğdə vəsait ayrılması nəzərdə tutulur ki, bu da əvvəlki ilin göstəricisini 3 faiz üstələyir.

Layihə, həmçinin Kiyev üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dolların ayrılmasını nəzərdə tutur.

Paylaş: