70f62c2d 55f1 4e22 8495 75e9298fc304

Çexiyanın paytaxtı Praqadakı Çarlz Universitetində 14 nəfərin ölümü, 24 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun təfərrüatları məlum olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi yazıb.

Bildirilib ki, ötən həftə Praqa yaxınlığında yerləşən bir kəndin ətrafındakı meşədə bir kişi və iki aylıq körpə qızın güllələnmiş cəsədi tapılıb. Onların qətlində də 24 yaşlı tələbə David şübhəli bilinir.

Tələbənin sosial şəbəkə hesablarını yoxlayan polis onun bu ilin payızında Rusiyada törədilmiş bir terror aktından ilham aldığını təxmin edir.

Qeyd edək ki, hadisə dünya mediasında terror aktı adlandırılsa da, Çexiyanın xarici işlər naziri hücumun terrorizmlə əlaqəsinin olmadığını bildirib. Hadisə ilə bağlı dekabrın 23-ü ölkədə matəm elan edilib.

640 0 65847353eeb23 1

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: