b5f2d3d2 0bdb 3759 8c94 52379aea8848 850

Çexiyanın Praqa şəhərindəki universitetdə Karlov Universitetində baş verən atışma Kladno şəhərindən olan 24 yaşlı tələbə David Kozak tərəfindən həyata keçirilib.

Globalinfo.az Çexiyanın “Idnes.cz” xəbər portalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

David K. polis onu zərərsizləşdirmək üçün əməliyyata başladıqdan sonra intihar edib.

Hücum edən şəxsin qanuni olaraq bir neçə növ odlu silaha sahib olduğu və universitetdə terror aktı törətməyə hazırlaşdığı bildirilir. Bundan əlavə, o, atasını bir neçə saat əvvəl öldürmədə şübhəli bilinir.

Qeyd edək ki, universitetdə baş verən atışma nəticəsində azı 15 nəfər ölüb, daha 24 nəfər yaralanıb.

d35c91f2 48e8 37ae 81e0 2726a61260ea

Paylaş: