079f30a7 52c1 4fba af8e 819deeae22c8 850

“1996-cı il Lissabon sammiti zamanı Ermənistan prezidentinin bəyanatında deyilirdi ki, Qarabağ Azərbaycanın tərkibində muxtariyyət almalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

“1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edildi və orada bir neçə qeydlər aparıldı. Bu qeydlərə əsasən, həmin qətnamələrlə Qarabağ Azərbaycanın ərazisi sayılırdı. Belə yazılmışdı: Azərbaycanın Qarabağ bölgəsi. Azərbaycan sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qorunması prinsipi vurğulanırdı. Sənədlərdə güc hesabına əldə edilən ərazilər qanunsuz hesab edilirdi”, – N.Paşinyan  bildirib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: