erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizinin müzakirəsi üçün görüşmək istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Ərdoğan “Taxıl dəhlizi” mexanizminin ədalətli dünyaya doğru müsbət addım olduğunu xatırladıb.

“Biz bu dəhlizi yenidən işlətməliyik. Ehtiyacı olan Afrika ölkələrinin bundan öz payını almasını təmin etməliyik. Rusiya, Qətər və Türkiyə olaraq həmrəylik yaratdıq. Qətər bu dəhlizdən gələn taxılın maddi yükünü qarşılayacaq, biz fabriklərimizdə onu una çevirərək Afrika ölkələrinə göndərəcəkdik. Bu plana sadiqik. Rusiya Prezidenti Putinlə danışıb razılığa gəlməyə çalışacağıq”, – Ərdoğan qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: