Məndə elə məlumatlar var ki, danışsam… – Araikin “sağ əli”

Məndə elə məlumatlar var ki, danışsam... - Araikin "sağ əli"

“Məndə elə məlumatlar var ki, danışsam, bu gün vətəndən, iqtisadi idarəetmədən bəhs edənlərin “artsax” üçün nə iş gördüyü, əsl üzü ortaya çıxar”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan deyib.

“Qarabağın itirilməsində, oradakı çətinliklərdə məni də günahlandırırlar, lakin əlimdən gələni etdim. Biz zamanla mənəvi dəyərlərimizi unutduq. Torpaq onu ən çox sevənin, istəyənindir. Əgər bunu dərk etmirsinizsə, kosmik qaydalar işə düşür. Beləliklə, siz onu itirirsiniz, daha güclü olan və çox istəyən qazanır. Əslində, bizim problemlərimiz hazırda sadalananlardan qat-qat dərindir”, – Q.Nersisyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az