192122 w4c993x4wu 1

Futbol üzrə Azərbaycan kubokunun oyunlarının vaxtı açıqlanıb.

Globalinfo.az xəbər verir ki, mərhələnin görüşləri 4 günü əhatə edəcək.

Maraqla gözlənilən “Qarabağ” – MOİK matçının məkanı isə hələ açıqlanmayıb. Görüşün Xankəndi şəhər stadionunda baş tutacağı gözlənilsə də, PFL rəhbərliyinin ötən gün bu şəhərə səfər zamanı ağı qəzaya düşməsi məsələni sual altına alıb. Buna görə də açıqlanan cədvəldə oyunun məkanı dəqiq olaraq göstərilməyib.

Qeyd edək ki, mərhələnin görüşləri bir oyundan ibarət olmayacaq.

Azərbaycan kuboku, 1/8 final

18 dekabr (bazar ertəsi)

“Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu, 14:00 (“CBC Sport” / canlı)

“Sumqayıt” – “Karvan”
“Kapital Bank Arena”, 17:00 (“AzPFL” / canlı)

19 dekabr (çərşənbə axşamı)

“İrəvan” – “Araz-Naxçıvan”
“ASK Arena”, 13:00 (“CBC Sport” / canlı)

“İmişli” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 16:00 (“CBC Sport” / canlı)

20 dekabr (çərşənbə)

“Səbail” – “Şamaxı”
“ASCO Arena”, 14:00 (“CBC Sport” / canlı)

“Zirə” – “Turan Tovuz”
Zirə İdman Kompleksinin stadionu, 17:00 (“CBC Sport” / canlı)

21 dekabr (cümə axşamı)
14:00 “Qarabağ” – MOİK

“Neftçi” – “Qaradağ Lökbatan”
“Neftçi Arena”, 18:00

Paylaş: