l 0x0wh 786x458z 1

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rusk bölgəsində yerləşən polis idarəsində terror aktı törədilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Hadisə nəticəsində 12 polis əməkdaşının öldüyü, 7-nin yaralandığı bildirilir.

Məlumata görə, hücumu “Ceyş-ə-Zəlum” qruplaşması törədib.

İran təhlükəsizlik qüvvələri hadisəni törədənləri zərərsizləşdirmək üçün hərəkətə keçib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: