
Bakıda taksi sürücüsünün sərnişini bıçaqlamasının təfərrüatı məlum olub.
Globalinfo.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.
1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu “Toyota” markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.
Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəmnində baş verib. Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır.
***
Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.
Globalinfo.az baku.ws-yə istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt
***
“Sosial şəbəkələrdə avtomobildə sərnişinin bıçaqlanması ilə bağlı yayılan görüntülər barədə məlumatlıyıq, araşdırma aparılır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Qeyd edək ki, hadisə Bakı-Sumqayıt avtomobil yolunda qeydə alınıb. Belə ki, “Toyota Prius” markalı minik avtomobilindəki sərnişin bıçaqlandıqdan sonra hərəkətdə olan maşından düşərək hadisə yerindən uzaqlaşmağa çalışır.














