ersin tatar

Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Globalinfo.az bildirir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl – 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr – Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, – dövlət başçısı bildirib.

Paylaş: