FotoJet 2023 12 08T214205.869

Rusiya paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Görüşdə qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artıb.

Tərəflər əməkdaşlığın bütün sahələri üzrə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Paylaş: