Zelenski “Taxıl sazişi” ilə bağlı xəbəri təsdiqlədi – YENİLƏNİB

Zelenski "Taxıl sazişi" ilə bağlı xəbəri təsdiqlədi - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski “Taxıl sazişi”nin müddətinin uzadılacağını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

BMT-nin Baş katibi Antonio Quterreş də bununla bağlı razılıq əldə olduğunu açıqlayıb.

“Mən  Ukraynadan taxıl, ərzaq və gübrə ixracının təhlükəsiz ixracını asanlaşdırmaq üçün Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmanı alqışlayıram”, – o tviterdə yazıb.

Baş katibin sözlərinə görə, təmkinli diplomatiya davam etdirilməlidir.

Diplomatik mənbələr “Taxıl sazişi”nin müddətinin uzadılması barədə qərarın İstanbulda aparılan müzakirələrin sonunda qəbul edildiyini açıqlayıb.

***11:43

“Taxıl sazişi”nin müddəti uzadılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov deyib.

Onun sözlərinə görə, “Taxıl sazişi”nin müddəti daha 120 gün uzadılacaq.

Qeyd edək ki, “Taxıl sazişi”nin müddəti noyabrın 19-da bitir.