ucemler 93

Dünyanın ən yaşlı üçəm kişiləri dekabrın birində 93 yaşlarını qeyd edib. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu üçəmlər Ginnesin Rekordlar Kitabına düşüb.

Bildirilir ki, qardaşlar böyük böhran zamanlarında doğulublar və onların valideynləri uşaqların yaşayacaqlarını belə ağıllarına gətirməyiblər.

Larri, Lon və Gen Braun adlı üçəmlər uzun illərdən sonra ilk dəfə doğum günlərini bir yerdə keçiriblər. Çünki onlar bir-birlərindən çox uzaqda yaşayırlar. Ancaq yenə də yaxın münasibətlər saxlayırlar.

Qardaşlar 1930-cu il dekabrın 1-də Kalvestdə (Kanzas, ABŞ) anadan olublar. O vaxt ölkədə aclıq hökm sürürdü. Larri birinci , ondan sonra Lon və Geni dünyaya gəlib. Onların bundan başqa üç qardaşı və bir bacısı da olub. Ancaq onlar rəhmətə gediblər.

Təxminən 7 yaşında ailələri ilə birlikdə Missuri ştatının Nevada ştatına köçüblər. Onlar orta məktəbi bitirdikdən sonra elə orada yaşamağa davam ediblər.

Qardaşlar gəncliklərində çox əyləncəli insan olublar. Onlar basketbol oynamağı çox sevirmişlər. Bunun üçün torpaq yolun ortasına köhnə basketbol halqası quraşdırıblarmış. Həmçinin ovçuluqla da məşğul olublar.

1950-1951-ci illər arasında Koreya müharibəsi başlayanda hər üçü Hərbi Hava Qüvvələrinə yazılmaq istəyib. Lon və Gen qəbul edilib, lakin Larri astma səbəbiylə rədd edilib.

Gen də öz növbəsində elektrik mühəndisliyi üzrə təhsil alıb və təqaüdə çıxana qədər “Phillips Petroleum Company”də, Larri isə Kanzas Sitidə “General Motors”da çalışıb.

İndi qardaşların hər birinin ailəsi var. Belə ki, Larrinin 3 övladı, 8 nəvəsi və 12 nəticəsi, Lonun 4 övladı, 6 nəvəsi və 3 nəticəsi, Genin isə 2 övladı, 6 nəvəsi və 10 nəticəsi var.

Larri qardaşlarının uzun və sağlam ömür sürməyi necə bacardığına dair öz perspektivini bölüşüb. Onun sözlərinə görə, bunun sirri tütün, alkoqollu içkilər və narkotik vasitələrdən uzaq olmalarıdır.

d21fb88595305b1de55445307b1fb6e0 1701851435 24be2ac074ae0916deef51cb886e6f9e 1701851445 139f6b4a7bc016da7246be12935c5058 1701851453 837be81698d7e22590142d84e76f64d1 1701851464 1e44d079ac0eaa9f34134a15235ae083 1701851473 2005c548ea58f0dbe1367672c68f0f8d 1701851482 f798a941193656d3102d8de03e51f875 1701851492 d3ce2082c7691ab10a01dea60bdca3f7 1701851501

Paylaş: