2022 12 28 910191 9C22CC1C A1BD 4BA4 9E7C A74089796424

“Ermənistan Rusiyaya ödədiyi 400 milyon dollar qarşılığında hələ də heç bir silah-sursat ala bilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə nazirinin müavini Hraçya Sərkisyan deyib.

“Silah tədarükünə dair müqavilə hələ ki, qüvvədədir, lakin heç nə ala bilməmişik. Amma hələ də buna ümidimiz var. Düşünürəm ki, məsələ tərəfdaşlıq münasibətləri yolu ilə həll olunacaq”, – Sərkisyan bildirib.

O, Ermənistanın Rusiyanı məhkəməyə verəcəyinə dair iddiaların gerçək olmadığını qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: