surucu 1

“Hələ də lüzumsuz yazılar və fotolarla avtomobillərinin şüşələrini və ya banını yazı lövhəsinə çevirən sürücülərə rast gəlinir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev paylaşım edib.

O bildirib ki, sürücülər ciddi qayda pozuntularına yol verirlər:

“Bəzən də, sürücülər aldığı mükafatların fotoşəkillərini və ya özlərinə aid məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olacaqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər”.

O qeyd edib ki, yolda heç kim hansısa bir imtiyaza malik ola bilməz, yollarda ayrı-seçkilik yaratmaq istəyi sürücü intizamını yox edən hallardandır:

“Qeyd olunan hallar vətəndaşlarımız tərəfindən də ciddi narazılıqla qarşılanır. Belə ki, son 1 ay ərzində 050-8000-902 vatsap nömrəsinə bununla bağlı 131 müraciət daxil olub”.

“Bir daha bütün avtomobil sahiblərindən və sürücülərdən avtomobillərinə lüzumsuz yazı və fotoşəkil yapışdırmamağı xahiş edir, bununla bağlı ciddi tədbirlərin görüləcəyi diqqətlərinə çatdırılır”, – deyə polis mayoru bildirib.

FB IMG 1701537887977 FB IMG 1701537886006 FB IMG 1701537883905  FB IMG 1701537879787 FB IMG 1701537877484 IMG 20231202 WA0167

Paylaş: