Elsen musayev

Riyakar, xəyanətkar və islam düşməni olan ermənilərə qucaq açan İranın bizə qarşı münasibəti hər zaman belə olub. Onlar heç vaxt səmimi olmayıblar, sadəcə, əsl sifətlərini indi göstərirlər.

Globalinfo.az bildirir ki, bu sözləri millət vəkili Elşən Musayev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, İranın adı terror, narkotranzit, narkomaniya, agentura kimi mövzularda tez-tez hallanır:

“Müharibə dönəmində ermənilərə necə lazımdır, dəstək oldular, yetmədi. İşğal zamanı Qarabağda nə tikili var idi, satdılar, taladılar, yedilər, yenə yetmədi. Sərhədimizin bir addımlığında hərbi təlim keçirdilər. Bunu hansı məqsədlə edirdilər, onu bilirik. İndi də deyirlər ki, “Ermənistan Təbrizdə konsulluq açmaq istəyir”. Milyonlarla soydaşımızın məskunlaşdığı ərazidə! Orada konsulluq aça bilməzsiniz! Sizin daşınızı daş üstündə qoymazlar!”

E.Musayev qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra dünyanın ən böyük qüvvəsi belə Azərbaycanla hədə, şantaj dilində danışa bilməz:

“Hətta hikkə formasında belə danışa bilməzlər! Çirkin və riyakar molla rejimi isə heç danışa bilməz! Biz çox yaxşı bilirik İranın qorxusu nədir. İran da bir şeyi bilsin ki, qorxunun əcələ faydası yoxdur! Mən buradan, bu ali tribunadan Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızı salamlayıram. Onları bağrıma basıram və arzu edirəm ki, ürəklərindəki azərbaycanlı ruhunu, əzmini hər zaman qoruyub saxlasınlar”.

Zaira Akifqızı

Globalinfo.az  

Paylaş: