3ea5df4b f82b 4504 8b6e 22c60397edc9 850 1

Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının “Azərbaycanın İqliminə və İnkişafına dair Hesabat”da qeyd olunub.

Hesabatda xüsusi olaraq vurğulanıb ki, ölkənin sərhədlərarası su mənbələrindən asılılığı ilə əlaqədar kəskinləşən qaçılmaz su təhlükəsizliyi riskləri mövcud sektoral problemləri dərinləşdirir:

“Azərbaycan artıq ümumi su ehtiyyatlarının daimi kəsiri ilə üzləşir. Su qıtlığının bütün əkin sahələrində daha da artacağı proqnozlaşdırılır”.

“Azərbaycanın səthi su axınının 50-70 faizə qədəri ölkəyə qonşu dövlətlərdən daxil olur. Həmin dövlətlərin özlərinin də eynilə suya əlavə tələbatları yaranacaq və öz ərazilərində su ehtiyyatlarının azalması problemi ilə üzləşəcəklər”, – deyə hesabatda qeyd olunub.

Paylaş: