“Kanal 13”-ün rəhbəri Əziz Orucov saxlanıldı – Yenilənib / FOTO

"Kanal 13"-ün rəhbəri Əziz Orucov saxlanıldı - Yenilənib / FOTO

Əziz Orucovun Almaniyada mühacirətdə yaşayan qardaşı Anar Orucov onun saxlanması ilə bağlı özünün Feysbuk səhifəsində açıqlama yayıb.

O, açıqlamasında məlumatı təsdiqləyib və foto yayımlayıb.

Fotonu təqdim edirik:

"Kanal 13"-ün rəhbəri Əziz Orucov saxlanıldı - Yenilənib / FOTO

***19:38

Əziz Orucov cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə vəkili Bəhruz Bayramov məlumat verib.

Ə.Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham olunur. O, şübhəli şəxs qismində saxlanılıb.

Zaira Akifqızı
Globalinfo.az