Rəsmi Vaşinqton Polşaya raket hücumu ilə bağlı açıqlama verib.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda insidentlə bağlı daha çox məlumat toplamağa ehtiyac var.
“Daha sonra növbəti addımları müəyyən etmək üçün Varşava ilə birlikdə işləyirik”, – deyə Ağ evdən bildirilib.
“ABŞ Polşa raket düşməsi hadisəsini araşdırmalı, bunun təsadüfən, yoxsa məqsədli şəkildə olduğunu ayırd etməlidir”, – deyə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.