Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan köçən ermənilərə tezliklə vətəndaşlıq verilməsini tapşırıb.
Globalinfo.az xəbər verir ki, baş nazir bunu Ermənistan vətəndaşlarının suallarını cavablandırarkən deyib.
Paşinyan bildirib ki, xüsusilə dövlət qulluğunda çalışmaq üçün müraciət edən şəxslərin vətəndaşlıq məsələsi və pasportlarının paylanılması tez bir zamanda həll ediləcək.
Bu qəbildən olan şəxslərə prosesdə öncəlik veriləcəyi qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az













