“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında yaxın vaxtlarda görüş keçirilməsi planlaşdırılmır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
Səfəryan Gümrüdəki Rusiya bazasının ərazidən çıxarılmayacağını və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalacağını vurğulayıb. M.Səfəryan sadəcə müəyyən fikir ayrılıqlarının olduğunu, bunların aradan qaldırılacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az