274205

Noyabrın 22-də Rusiyanın Krasnador vilayətində ağır qəza olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, axşam saatlarında Krasnodarın mərkəzindəki yolayrıcında “Volksvagen” markalı avtomobili idarə edən 46 yaşlı qadın hərəkət zolağından çıxıb və “VAZ 2110” markalı avtomobillə toqquşub. Nəticədə eyni maşında olan 20 yaşlı azərbaycanlı və 19 yaşlı erməni yaralanıb.

Onlar tibb müəssisəsinə yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırmanın aparıldığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: